Zakir Qaralov: "Mingəçevirdə "Azərbaycan İstilik Elektrik Stansiyası"nda baş vermiş qəza ilə bağlı araşdırmalar davam etdirilir"

Zakir Qaralov: "Mingəçevirdə "Azərbaycan İstilik Elektrik Stansiyası"nda baş vermiş qəza ilə bağlı araşdırmalar davam etdirilir" Bakı. 28 sentyabr. REPORT.AZ/ Mingəçevirdə Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı araşdırmalar davam etdirilir.
Daxili siyasət
28 Sentyabr , 2018 10:48
Zakir Qaralov: Mingəçevirdə Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı araşdırmalar davam etdirilir
Report
0 : 00
0 : 00

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Mingəçevirdə "Azərbaycan İstilik Elektrik Stansiyası"nda baş vermiş qəza ilə bağlı araşdırmalar davam etdirilir".

"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Zakir Qaralov deyib.

Onun sözlərinə görə, hazırda mütəxəssislərin iştirakı ilə qurğulara baxış keçirilir: "Bu gün də müstəntiqlər hadisə yerindədirlər. Sözsüz ki, biz ilk hallarda həm səhlənkarlıq, həm ciddi maddi pozuntular müəyyən edirik. İstintaq yeni başlayıb. İstintaqın nəticəsi haqqında məlumat veriləcək. "Azərenerji"nin yeni rəhbərliyi ilə birlikdə işimizin əsas məqsədi ondan ibarətdir ki, elektrik stansiyasında qısa zamanda təmir-bərpa işi həyata keçirilsin və gələcəkdə belə xoşagəlməz hadisə baş verməsin".

Xatırladaq ki, Mingəçevirdə "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Prezident İlham Əliyev iyulun 3-də Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini komissiyanın sədri təyin edilib. Həmçinin energetika naziri komissiya sədrinin müavini, daxili işlər, fövqəladə hallar nazirləri, baş prokuror, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru komissiyanın üzvləri təyin olunublar.

Baş verən qəza ilə bağlı cinayət işi qaldırılıb.

Cinayət işi yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifədən sui-istifadə etmə və səhlənkarlıq maddələri ilə açılıb. Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birgə əmr imzalamaqla istintaq-əməliyyat qrupu yaradılıb.

Son xəbərlər

Orphus sistemi