Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanın baş prokuroru Zakir Qaralov fevralın 19-da Kürdəmirdə vətəndaşları qəbul edəcək. Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, rayon prokurorluğunun inzibati binasında keçiriləcək qəbulda Kürdəmir, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan və Göyçay rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilər.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Kürdəmir şəhərinə gəlmələri müvafiq rayon prokurorları tərəfindən təşkil olunacaq.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin (012) 437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.