Zakir Qaralov İmişlidə vətəndaşları qəbul edəcək

Zakir Qaralov İmişlidə vətəndaşları qəbul edəcək Qəbul İmişli rayon Prokurorluğunun inzibati binasında olacaq
Daxili siyasət
14 İyul , 2015 14:54
Zakir Qaralov İmişlidə vətəndaşları qəbul edəcək

Bakı. 14 iyul. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov iyulun 24-də İmişli rayon Prokurorluğunun inzibati binasında İmişli, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan, Füzuli və Laçın rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qəbula yazılmaq istəyən vətəndaşların qeydiyyatı və İmişli şəhərinə gəlmələrinin təşkilini rayon prokurorluqları həyata keçirəcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi