Yuxarı
    Bağlamaq

    Zakir Qaralov: "Azərbaycanda siyasi sabitlik hökm sürür, kriminogen duruma tam nəzarət olunur"

    Baş prokuror: “Fəaliyyətimizdə nöqsan və problemlər də mövcuddur”

    Bakı. 1 oktyabr. REPORT.AZ/ "Azərbaycanda siyasi sabitlik hökm sürür, kriminogen duruma tam nəzarət olunur".

    “Report” xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, ölkədə rezonans doğuran işlərin bir çoxunun istintaqı müvəffəqiyyətlə aparılıb, onların bəzilərinin istintaqı yekunlaşaraq məhkəmələrə göndərilib: "Fəaliyyətimizdə nöqsan və problemlər də mövcuddur. Yaranan nöqsanların aradan qaldırılması istiqamətində də konkret tədbirlər görməkdəyik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi