Zakir Qaralov: "Bu ilin 6 ayı ərzində törədilən xüsusilə ağır cinayətlərin 96,8 faizinin üstü açılıb"

Zakir Qaralov: "Bu ilin 6 ayı ərzində törədilən xüsusilə ağır cinayətlərin 96,8 faizinin üstü açılıb" Baş prokuror: "Həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində xüsusilə ağır və ağır cinayətlərin açılması təmin olunub"
Daxili siyasət
1 Oktyabr , 2015 10:05
Zakir Qaralov: Bu ilin 6 ayı ərzində törədilən xüsusilə ağır cinayətlərin 96,8 faizinin üstü açılıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ "Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri və digər hüquq-mühafizə orqanları ilə birgə qarşılıqlı əməkdaşlıq şəraitində cinayətkarlığa, xüsusilə onun mütəşəkkil formalarına, terrorçuluğa, müxtəlif xarakterli ekstremizm təzahürlərinə qarşı həyata keçirilən mübarizə tədbirləri diqqət mərkəzində saxlanılıb". 

"Report"un məlumatına görə, bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov bildirib. 

Onun sözlərinə görə, cinayət işlərinin istintaqı zamanı cinayətlərin törədilməsində təqsirli olan şəxslərin ifşa edilərək məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitin aşkarlanaraq müvafiq qabaqlayıcı tədbirlərin görülməsi təmin olunub. 

Z.Qaralov deyib ki, prokurorluq orqanlarında istintaqın aparılması, ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində fəaliyyətin səmərəliliyi xeyli dərəcədə yüksəlib, cəmiyyətdə ictimai qınaq doğuran bir sıra cinayətləri törətmiş şəxslərin vaxtında müəyyən edilərək barələrində qanuni tədbirlərin görülməsi, yüksək peşəkarlıqla həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində bir çox qeyri - aşkar xüsusilə ağır və ağır cinayətlərin açılması təmin olunub: "Təsadüfi deyildir ki, 2014-cü ilin birinci yarımilində ölkə üzrə cəmi qeydiyyata alınan cinayətlərin 80,1 faizinin açılması təmin olunmuşdursa, cari ilin müvafiq dövründə bu rəqəm 84,8 olub. Cinayətlərin növləri üzrə götürdükdə xüsusilə ağır cinayətlər üzrə açılma faizi bu ilin birinci yarımilində ötən ilin eyni dövrünə nisbətdə 93,1-dən 96,8-ə, ağır cinayətlər üzrə 79,8-dən 80,9-a, az ağır cinayətlər üzrə 80,9-dan 85-ə, böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə isə 78,6-dan 85,5-ə yüksəlib. Prokurorluqda istintaqı aparılan cinayət işləri üzrə bu göstəricilər daha yüksək olub. Belə ki, prokurorluq orqanlarında istintaqı aparılan işlər üzrə açılma faizi ötən ilin birinci yarımillində 86,9 faiz olduğu halda bu ilin müvafiq dövründə 93,1 faiz təşkil edib. Xüsusilə ağır cinayətlər üzrə bu rəqəm 94,9-dan 97,5-ə, ağır cinayətlər üzrə 83,3-dən 85,8-ə, az ağır cinayətlər üzrə 90,5-dən 92,8-ə, böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə isə 79,9-dan 96,8-ə yüksəlib. Qəsdən adam öldürmə cinayətlərinin açılma faizi ötən ilin birinci yarımilində 86 olduğu halda bu il 92,8 olub, rüşvət cinayətləri üzrə isə bu rəqəm 83,3-dən 100-ə yüksəlib".

Son xəbərlər

Orphus sistemi