Zahid Oruc: Bu il Konstitusiya ilə bağlı referendumun keçirilməsi çağırışı var

Zahid Oruc: Bu il Konstitusiya ilə bağlı referendumun keçirilməsi çağırışı var Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması ilə əlaqədar qarşıda bir çox çağırışlar, baxışlar var və bu çağırışların arasında yeni referendumun keçirilməsi də var.
Daxili siyasət
23 Yanvar , 2025 11:06
Zahid Oruc: Bu il Konstitusiya ilə bağlı referendumun keçirilməsi çağırışı var

Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması ilə əlaqədar qarşıda bir çox çağırışlar, baxışlar var və bu çağırışlara yeni referendumun keçirilməsi də daxildir.

"Report" verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında deyib.

O qeyd edib ki, bu il həmçinin Zəfər Konstitusiyasının qəbul olunması da mümkündür:

"Nəzərə alsaq ki, Konstitusiyaya dəyişikliklər məsələsi parlamentdə tez-tez qaldırılır. Bu kimi çağırışlar və baxışlar aktualdır".

Son xəbərlər

Orphus sistemi