“Allah Prezidentimizin canını sağ, ömrünü uzun etsin. Şükürlər olsun ki, torpağımıza geri qayıdırıq”.
“Report” xəbər verir ki, bu sözləri Bakıdan Laçın rayonunun Zabux kəndinə geri qayıdan Vəliyevə Gilə deyib.
Laçın sakini onlara yaradılan şəraitlə görə dövlət başçısına, torpaqlarımızın azadlığı uğrunda əziyyət çəkən igidlərimizə təşəkkür edib, şəhidlərə rəhmət diləyib:
“Ötən günlər elə getsin ki, birdə qayıtmasın. Allah şəhidlərimizə rəhmət etsin. 30 ildən çoxdur ki, evimizdən uzaqda yaşayırdıq, indi torpağımıza geri dönürük, sevinirik. Övladlarım Birinci Qarabağ müharibəsində, nəvəm və qardaşım nəvələrim 44 günlük müharibədə iştirak ediblər”.