Zabux sakini: "30 il əvvəl tərk etdiyim doğma yurda qayıtmağa hazıram"

Zabux sakini: "30 il əvvəl tərk etdiyim doğma yurda qayıtmağa hazıram" "30 il əvvəl tərk etdiyim doğma yurda qayıtmağa hazıram".
Daxili siyasət
5 sentyabr 2022 09:04
Zabux sakini: 30 il əvvəl tərk etdiyim doğma yurda qayıtmağa hazıram

"Otuz il əvvəl tərk etdiyim doğma yurda qayıtmağa hazıram".

"Report" xəbər verir ki, bunu Laçın rayonunun Zabux kəndinin sakini Tahir Hüseynov deyib.

O, həyatını yenidən bu kənddə yaşamaq, ata-baba ənənələrini davam etdirmək arzusundadır: “Zabuxun əvvəlki gözəlliyini qaytaracağıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdaram, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm".

Qeyd edək ki, Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi Laçın, Zabux və Sus sakinlərinin doğma yurda qayıdışla bağlı fikirlərindən ibarət videoçarx hazırlayıb.

Son xəbərlər

Orphus sistemi