Yunanıstanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Yunanıstanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib Bakı. 25 aprel. REPORT.AZ/ Yunanıstan Respublikasının Prezidenti Prokopis Pavlopulos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Daxili siyasət
25 Aprel , 2018 20:09
Yunanıstanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Bakı. 25 aprel. REPORT.AZ/ Yunanıstan Respublikasının Prezidenti Prokopis Pavlopulos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Zati-aliləri.

Dost Azərbaycan xalqının yüksək etimad göstərərək Sizi yenidən dövlət başçısı seçməsi münasibətilə Zati-alinizi təbrik edir, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyur, Zati-alinizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm".

Son xəbərlər

Orphus sistemi