“Yüksəliş” müsabiqəsinin iştirakçıları Prezidentə müraciət ünvanlayıblar

“Yüksəliş” müsabiqəsinin iştirakçıları Prezidentə müraciət ünvanlayıblar “Yüksəliş” müsabiqəsinin bir qrup iştirakçısı cənab Ali Baş Komandan, Prezident İlham Əliyevə açıq müraciət edərək, Dağlıq Qarabağın işğaldan azad olunması uğrunda haqq mübarizəsində dəstəklərini ifadə ediblər. xalqımıza yaşatdığı qələbə sevincinə görə m
Daxili siyasət
5621
27 Oktyabr , 2020 12:23
“Yüksəliş” müsabiqəsinin iştirakçıları Prezidentə müraciət ünvanlayıblar

“Yüksəliş” müsabiqəsinin bir qrup iştirakçısı cənab Ali Baş Komandan, Prezident İlham Əliyevə açıq müraciət edərək, Dağlıq Qarabağın işğaldan azad olunması uğrunda haqq mübarizəsində dəstəklərini ifadə edib, xalqımıza yaşatdığı qələbə sevincinə görə minnətdar olduqlarını bildiriblər.

"Report"müraciəti təqdim edir:

"Cənab Ali Baş Komandan!

Biz Sizdən səbirli və sülh tərəfdarı olmağın zəiflik olmadığını, həddini aşan, milli təhlükəsizliyimizi təhdid edən mənfur düşmənə qarşı sərt, barışmaz mövqe sərgiləməyi öyrəndik.

Biz Sizdən xeyirxah, mehriban olmağı, lakin azğın, hiyləgər düşmənə qarşı sərt mövqe sərgiləməyi və heç zaman unutmayacağımız tarixi dərs verməyi öyrəndik.

Biz Sizdən yüksək natiqlik qabiliyyəti ilə çıxış etməyi, lakin lazım gəldikdə düşmənlə öz dilində danışaraq çirkin mahiyyətini ona xatırlatmağı öyrəndik.

Biz Sizdən yüksək döyüş hazırlığına malik orduya sahib olmağımıza baxmayaraq, namərdcəsinə mülki şəxsləri hədəfə alan düşmənlə müharibə qaydalarına uyğun mərd mübarizə aparmağı öyrəndik.

Əmin olun ki, cəmiyyətdəki mövqeyimizdən asılı olmayaraq, bu yolda biz hamımız Sizin əsgərlərinizik.

Bizə qalib xalqın nümayəndəsi olmaq hissini yaşatdığınız üçün sonsuz təşəkkürümüzü bildiririk.

Yazılan yeni tariximiz və yüksəlişimiz Qarabağdan başlasın. Qarabağ Azərbaycandır!

Yaşasın Azərbaycan!".

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi cənab Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Son xəbərlər

Orphus sistemi