Yuxarı

Yüksək səviyyəli mütəxəssislərin Azərbaycana cəlb olunması qaydaları hazırlanır

Bununla bağlı təkliflərə baxılır

Bakı. 4 may. REPORT.AZ/ "Yüksək səviyyəli mütəxəssislərin Azərbaycana cəlb olunması qaydaları ilə bağlı çox ciddi işlər aparlır".

“Report” xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Caspian Europen Club-un təşkilatçılığı ilə baş tutan biznes-forumda deyib.

F.Nəbiyev bildirib ki, bununla bağlı təkliflər hazırlanıb: “Azərbaycana dəvət olunan iş adamları yüksək səviyyəli mütəxəssislər olmalıdırlar. Bununla bağlı təkliflər hazırlanıb, bir neçə nazirlikdə müzakirə olunub və bu yaxınlarda qaydalar da öz təsdiqini tapacaq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi