Yol polisi həftə ərzində 1000-dən artıq şagirdlə görüşüb

Yol polisi həftə ərzində 1000-dən artıq şagirdlə görüşüb Bakı. 19 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) və Abşeron rayon Dövlət Yol Polisi Şöbəsi orta məktəblərdə təbliğat məqsədilə maarifləndirmə tədbirləri keçirib.
Daxili siyasət
19 May , 2018 06:24
Yol polisi həftə ərzində 1000-dən artıq şagirdlə görüşüb

Bakı. 19 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) və Abşeron rayon Dövlət Yol Polisi Şöbəsi orta məktəblərdə təbliğat məqsədilə maarifləndirmə tədbirləri keçirib.

BDYPİ-dən "Report"a verilən məlumata görə, bu həftə ərzində Abşeron rayonu ərazisində yerləşən 7 məktəbdə 1000-dən artıq şagird, valideyn və müəllim heyəti ilə görüş keçirilib. 

Görüşlərdə iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev, şöbənin əməkdaşları, polkovnik-leytenantlar - Səbri Hüseynov və İsa Deystani və polis leytenantı Turan Daşdəmirova, eləcə də Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, polis baş leytenantı Vasif Sadıqov məktəblilərin çoxsaylı suallarını cavablandırıb, onlara tövsiyələr veriblər. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən çap olunan "Yol hərəkəti qaydalarının əlifbası" kitabı şagirdlərə hədiyyə olunub.

Bu cür tədbirlər davamlı olaraq digər məktəblərdə də təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi