Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Yol hərəkəti haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Prezidentinin aktlarının “Yol hərəkəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində dövlət başçısına məlumat verməli, həmçinin həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.
“Yol hərəkəti haqqında” qanunda aşağıdakı dəyişikliklər edilib:
1. 27-ci maddə üzrə:
1.1. I hissənin ikinci cümləsindən və VI hissənin 4-cü bəndindən “və ya vergilərin” sözləri çıxarılsın;
1.2. IV-I hissənin 5-ci bəndindən “, verginin” sözü çıxarılsın.
2. 30-cu maddə üzrə:
2.1. VI-I hissənin 4-cü bəndindən “, verginin” sözü çıxarılsın;
2.2. VII hissənin 4-cü bəndindən “və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş məbləğdə yol vergisinin” sözləri çıxarılsın.