Yevlax Şəhər İcra Hakimiyyəti tərtib edilən qrafik əsasında genişmiqyaslı profilaktik tədbirlər həyata keçirir.
İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, məqsəd koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsindən ibarətdir.
Şəhərdəki yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, həmçinin
İnfeksion xəstəliklərin yayılma təhlükəsini nəzərə alaraq Yevlax şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları fərdi yaşayış evlərinin ərazisində, yaşayış və qeyri-yaşayış binalarında və digər ərazilərdə də dezinfeksiya işləri davam etdirilir.
Səhiyyə Nazirliyinin Respublikada dezinfeksiya tədbirləri barədə əmrinə əsasən, görülən bütün işlər müvafiq kimyəvi preparatlarla aparılır.





