Deputat Yevda Abramovun dəfn mərasiminin gecikməsinin səbəbi məlum olub - YENİLƏNİB

Deputat Yevda Abramovun dəfn mərasiminin gecikməsinin səbəbi məlum olub - YENİLƏNİB Dünyasını dəyişən şəxsin şənbə günü torpağa tapşırılması bizim adət-ənənəyə uyğun deyil.
Daxili siyasət
7 Dekabr , 2019 10:00
Deputat Yevda Abramovun dəfn mərasiminin gecikməsinin səbəbi məlum olub - YENİLƏNİB

"Dünyasını dəyişən şəxsin şənbə günü torpağa tapşırılması bizim adət-ənənəyə uyğun deyil".

Bunu "Report"a açıqlamasında ötən gün vəfat edən deputat Yevda Abramovun qızı Bəsti Yusifova deyib.

"Ona görə də atamın dəfn mərasimi bazar günü, yəni dekabrın 8-də keçiriləcək", - deyə mərhum deputatın qızı bildirib. 


*** 09:42

Milli Məclisin ötən gün vəfat edən deputatı Yevda Abramov doğulduğu Quba rayonunun Qırmızı Qəsəbəsində dəfn olunacaq.

Bunu "Report"a açıqlamasında Yevda Abramovun qızı Bəsti Yusifova deyib.

O bildirib ki, atası ilə vida mərasimi dekabrın 8-i saat 12:00-dan 13:00-dək Quba rayonunun Mədəniyyət evində keçiriləcək.

Vida mərasimindən sonra mərhumun cənazəsi doğulduğu Qırmızı Qəsəbədə yerləşən qəbiristanlıqda torpağa tapşırılacaq.

Qeyd edək ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. O, bir neçə ildir xərçəng xəstəliyindən müalicə olunurdu.

Son xəbərlər

Orphus sistemi