Yevda Abramov: “Bəzi dövlət qurumlarının müraciətlərimizə cavab verməməsi Milli Məclisə hörmətsizlikdir”

Yevda Abramov: “Bəzi dövlət qurumlarının müraciətlərimizə cavab verməməsi Milli Məclisə hörmətsizlikdir” Parlamentin komitə sədrinin müavini “Deputatın təyyarədə içdiyi kofeyə qədər mətbuatda yazılar gedir. Reklam nəyə lazımdır ki?!”
Daxili siyasət
1334
19 Yanvar , 2017 10:42
Yevda Abramov: “Bəzi dövlət qurumlarının müraciətlərimizə cavab verməməsi Milli Məclisə hörmətsizlikdir”

Bakı. 19 yanvar. REPORT.AZ/ “Milli Məclisin İnsan Hüquqları Komitəsinə daxil olan müraciətlər aiddiyyəti dövlət qurumlarına, nazirliklərə göndərilir. Amma bizə gələn cavabların sayı az olur. Bu həm komitəyə, həm də Milli Məclisə hörmətsizlikdir”.

“Report”un xəbərinə görə, bunun Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini Yevda Abramov komitənin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, belə olan halda vətəndaş Milli Məclisdən incik düşür: “Biz nəyisə deyəndə məqsədimiz özümüzü gündəmə gətirmək olmur. Amma bəzi deputatlar özlərini reklam edirlər. Deputatın təyyarədə içdiyi kofeyə qədər mətbuatda yazılar gedir. Reklam nəyə lazımdır ki?!”.
Milli Məclis sədrinin müavini, İnsan Hüquqları Komitəsinin sədri Bahar Muradova isə Yevda Abramovun fikirləri ilə razılaşmayıb. O bildirib ki, dövlət qurumlarının Milli Məclisin göndərdiyi məktublara cavab verməməsi hörmətsizlik deyil: “Yevda Abramovun fikirləri ilə razılaşmıram. Milli Məclisə nəyə cavab almaq istəyirsə, ona da cavab alır”.

Son xəbərlər

Orphus sistemi