Yuxarı

​Prezident İlham Əliyev yeni QSC-nin yaradılması haqqında sərəncam imzalayıb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin səhmləri dövlətə məxsus olacaq

Bakı. 11 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla səhmləri dövlətə məxsus olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılıb.

Müəyyən edilib ki, QSC əlvan metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi Nazirlər Kabinetinə, İqtisadiyyat və Sənaye Nazirliyinə və Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib.

Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görməlidirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi