"Ötən il ölkəmiz üçün uğurla başa çatıb, qarşıya qoyulan bütün vəzifələr icra edilib, dayanıqlı inkişaf və sabitlik təmin olunub. Prezident
"Report" xəbər verir ki, bu barədə
Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə əlaqədar keçirilən müşavirədən irəli gələn vəzifələrdən söz açan Dövlət Komitəsinin sədri deyib ki, dövlət başçısının təşəbbüsü ilə ötən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə edib: "O cümlədən məcburi köçkünlərə verilən vahid aylıq müavinətin məbləği 50 faiz artırılıb. Ötən il beş minədək məcburi köçkün ailəsi yeni ev və mənzillə təmin edilib. Birinci vitse-prezident
Kollegiya iclasında komitənin mərkəzi aparatının, departamentlərin və tabe təşkilatların 2019-cu ilin yekunlarına dair hesabatları müzakirə edilib, kollegiyanın 2020-ci il üçün iş planı təsdiq olunub.
Kollegiyada müzakirəyə çıxarılan məsələlər barədə müvafiq qərarlar qəbul olunub.