Yeni icra başçıları Prezident İlham Əliyevə söz veriblər

Yeni icra başçıları Prezident İlham Əliyevə söz veriblər "Cənab Prezident, mənə göstərdiyiniz bu yüksək etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm, çox təşəkkür edirəm".
Daxili siyasət
14 Sentyabr , 2021 14:23
Yeni icra başçıları Prezident İlham Əliyevə söz veriblər

"Cənab Prezident, mənə göstərdiyiniz bu yüksək etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm, çox təşəkkür edirəm. Göstərdiyiniz etimadı, Sizin dəstəyinizə arxalanaraq yüksək səviyyədə doğruldacağıma söz verirəm. Çox sağ olun".

"Report" xəbər verir ki, bunu Cəlilabad Rayon İcra Hakimiyyətinin yeni başçısı Rafiq Cəlilov Prezident İlham Əliyevin videoformatda qəbulunda olarkən deyib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev də çıxışında ona göstərilən yüksək etimada görə dövlət başçısına təşəkkür edib: "Eyni zamanda, qeyd etmək istərdim ki, mən bunu yüksək etimadla yanaşı, yüksək məsuliyyət kimi də qəbul edirəm və söz verirəm ki, rayonun iqtisadi, sosial, mədəni inkişafının təmin olunmasında əlimdən gələni əsirgəməyəcəyəm. Yüksək etimada görə, Sizə bir daha dərin təşəkkürümü bildirirəm".

Son xəbərlər

Orphus sistemi