Bakı. 11 dekabr. REPORT.AZ/ Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə bağlı Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib. “Report”un məlumatına görə, YAP sədrinin və baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, PA rəhbərinin müavini Novruz Məmmədov, YAP-ın sədr müavini, AMEA-nın prezidenti Akif Əlizadə, YAP icra katibinin müavini Siyavuş Novruzov, rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov, Milli Məclisin sədr müavini Bahar Muradova, Partiya sərinin müavini, icra katibi Əli Əhmədov və digər şəxslər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarı önünə əklil qoyublar.
Ziyarətçilər arasında millət vəkilləri, partiyanın sıravi üzvləri, gənclər təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri də olub.





