Yeni Azərbaycan Partiyası "Yeni hədəflər naminə" adlı konfrans keçirib

Yeni Azərbaycan Partiyası "Yeni hədəflər naminə" adlı konfrans keçirib Kənd təsərrüfatı naziri Heydər Əsədov da çıxışında Azərbaycanda son illərdəki iqtisadi inkişafdan danışıb
Daxili siyasət
24 Dekabr , 2015 13:06
Yeni Azərbaycan Partiyası Yeni hədəflər naminə adlı konfrans keçirib

Bakı. 24 dekabr. REPORT.AZ/ Yeni Azərbaycan Partiyası (YAP) "Yeni hədəflər naminə" adlı konfrans keçirib. "Report" xəbər verir ki, tədbirdə YAP rəhbərliyi, komitə sədrləri, millət vəkilləri iştirak ediblər.
YAP sədrinin müavini-icra katibi Əli Əhmədov tədbirdə çıxış edərək deyib ki, hazırda Azərbaycanda bütün sahələrdə sürətli inkişaf var. O qeyd edib ki, ölkədəki inkişafın, nailiyyətlərin səbəbi Prezident İlham Əliyevin yürütdüyü siyasətdir.
Tədbirdə çıxış edən Azərbaycan Milli elmlər Akademiyasının (AMEA) prezidenti, YAP sədrinin müavini Akif Əlizadə qeyd edib ki, İlham Əliyev daim elmin inkişafına dəstək verib: "Prezident İlham Əliyev elmin inkişafı ilə bağlı çoxsaylı qərarlar verib".
O bildirib ki, hər bir ölkə bütün sahələrdə öz daxili resurslarına arxalanmalıdır: "Azərbaycan belə ölkələrdəndir. Hazırda Azərbaycan dünyanın və regionun "sabitlik adası"na çevrilib".
Kənd təsərrüfatı naziri Heydər Əsədov da çıxışında Azərbaycanda son illərdəki iqtisadi inkişafdan danışıb.

Son xəbərlər

Orphus sistemi