Yazıçı Əkrəm Əylisli Bakı Şəhər Prokurorluna çağırılıb

Yazıçı Əkrəm Əylisli Bakı Şəhər Prokurorluna çağırılıb Vəkil: "Konkret hansı istintaq hərəkəti ilə bağlı çağrıldığımızı deməyiblər"
Daxili siyasət
5 Sentyabr , 2016 18:34
Yazıçı Əkrəm Əylisli Bakı Şəhər Prokurorluna çağırılıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Yazıçı Əkrəm Əylisli Bakı Şəhər Prokurorluna çağırılıb.

Bu barədə "Report"a Ə.Əylislinin vəkili Elçin Sadıqov bildirib.

Vəkilin sözlərinə görə, sabah mən və Əkrəm Əylisli saat 16:00 radələrində Bakı Şəhər Prokurluğunun müstəntiqi Asəm Səfərəliyevin yanına dəvət edilmişik: "Konkret hansı istintaq hərəkəti ilə bağlı çağrıldığımızı deməyiblər".

Qeyd edək ki, Ə.Əylisli martın 30-daHeydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Ona Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan edilib. İttihama əsasən, Ə.Əylisli 30 mart 2016-cı il tarixdə ictimai qaydanı pozub, söyüş söyüb, DSX-nin əməkdaşı Seyidov Nihal Azər oğlunun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurub. Zərbə nəticəsində N.Seyidovun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə biri hissəsində 3,0X2,5 sm ölçüdə solğun göyümtül qançır yaranıb.

Daha sonra Hava Nəqliyyatında Polis İdarəsinin İstintaq şöbəsində yazıçı Əkrəm Əylisliyə qarşı başlanılan cinayət işinin maddəsi dəyişdirilib. Cinayət Məcəlləsinin (CM) 221.1-ci maddəsi ilə qaldırılan cinayət işi CM-nin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edilib. CM-nin 315.1-ci maddəsi ilə istintaq prokurorluqda aparılmalı olduğundan, cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı Şəhər Prokurorluğuna göndərilib.

Son xəbərlər

Orphus sistemi