Yasamalın icra başçısı özünə yeni köməkçi təyin edib

Yasamalın icra başçısı özünə yeni köməkçi təyin edib Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elşad Həsənov özünə yeni köməkçi təyin edib.
Daxili siyasət
17 Dekabr , 2019 18:46
Yasamalın icra başçısı özünə yeni köməkçi təyin edib

Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elşad Həsənov özünə yeni köməkçi təyin edib.

"Report"un məlumatına görə, E.Həsənov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Süleymanzadə Habil Kamal oğlu Yasamal RİH-nin başçısının köməkçisi təyin olunub.

Qeyd edək ki, H.Süleymanzadə bundan əvvəl E.Həsənovun deputat olduğu dövrdə onun köməkçisi vəzifəsində çalışıb.

Xatırladaq ki, E.Həsənov Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, 2015-ci ildə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.

Son xəbərlər

Orphus sistemi