Yasamal rayonuna yeni icra başçısı təyin olunub

Yasamal rayonuna yeni icra başçısı təyin olunub Prezident iki sərəncam imzalayıb
Daxili siyasət
1010
2 Fevral , 2018 15:39
Yasamal rayonuna yeni icra başçısı təyin olunub

Bakı. 2 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Əziz İmran oğlu Əzizovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, Prezidentin digər sərəncamı ilə Əziz Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) başçısı vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Yasamal RİH-in əvvəlki başçısı İbrahim Mehdiyev 1 iyul 2017-ci ildə vəzifəsindən azad olunub. Həmin vaxtdan indiyədək RİH başçısı vəzifəsi boş idi.

Son xəbərlər

Orphus sistemi