Yuxarı

Siyavuş Novruzov: "Sosial şəbəkələrdə adıma yaradılan saxta hesablarla bağlı araşdırma aparılır"

Heç bir sosial şəbəkədə istifadəçi kimi qeydiyyatdan keçməmişəm

Bakı. 5 iyun. REPORT.AZ/ "Facebook" da daxil olmaqla, heç bir sosial şəbəkədə istifadəçi kimi qeydiyyatdan keçməmişəm. Adıma yaradılan hesablar saxtadır".

Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov sosial şəbəkələrdə adına hesab açılmasını təxribat adlandırıb: "Həmin hesabların mənə aidiyyəti yoxdur. Saxta hesablarla bağlı müvafiq strukturlara müraciət etmişəm. Araşdırmalar aparılır, ölçü götürüləcək".

Qeyd edək ki, "Facebook" sosial şəbəkəsində Siyavuş Novruzovun adına istifadəçi hesabı açılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi