Azərbaycan Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi
“Report” xəbər verir ki, müşavirədə
Çıxış edən Ə.Əhmədov Prezident
YAP sədrinin müavini deyib ki, Azərbaycan dövləti gücləndikcə əhalinin rifah halının daha da yüksəldilməsi istiqamətində növbəti addımlar atılacaq. Azərbaycanın beynəlxalq miqyasda da nüfuzunun davamlı olaraq artdığını deyən Ə.Əhmədov ölkənin dünyada və regionda baş verən proseslərdə fəal mövqe nümayiş etdirdiyini vurğulayıb.
Ə.Əhmədov bu il ölkədə bələdiyyə seçkilərinin keçiriləcəyini deyib və YAP-ın bu seçkilərə hazırlığı məsələləri haqqında da fikirlərini bildirib. O qeyd edib ki, bələdiyyə seçkiləri ilə əlaqədar ölkədə siyasi canlanma müşahidə olunur.
Baş Nazirin müavini Yeni Azərbaycan Partiyasının böyük resurslarının və seçki təcrübəsinin olduğunu deyərək bu seçkilərdə də uğur qazanılacağına əminliyini ifadə edib.
Müşavirədə bələdiyyə seçkilərinə hazırlıq və ictimai-siyasi məsələlərlə bağlı tövsiyə və tapşırıqlar verilib.