YAP “Xocalı soyqırımını unutmadıq!” adlı tədbir keçirib

YAP “Xocalı soyqırımını unutmadıq!” adlı tədbir keçirib Bakı. 25 fevral. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında “Xocalı soyqırımını unutmadıq!” adlı tədbir keçirilib.
Daxili siyasət
25 Fevral , 2019 16:27
YAP “Xocalı soyqırımını unutmadıq!” adlı tədbir keçirib

Bakı. 25 fevral. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında “Xocalı soyqırımını unutmadıq!” adlı tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbirdə YAP rəhbəyliyi, ictimaiyyət nümayəndələri, gənc fəallar iştirak edib.

YAP-ın sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov çıxışı zamanı bu faciənin unudulmayacağını vurğulayıb. O qeyd edib ki, Xocalı soyqrımını törədənlər layiqli cəzalarını alacaqlar.

O, güclü Azərbaycan dövlətinin torpaqları işğaldan azad edə biləcəyini əminliklə vurğulayıb: “Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra dövlətin qüdrətini artırdı. Azərbaycan kiçik ölkə olmasına baxmayaraq, surətlə inkişaf edir. Ölkəmizdə demokratiya mövcuddur. Hakimiyyət iddiası olanlar seçkidə iştirak etməli, xalqdan səs almalıdırlar. Xalqdan dəstək ala bilməyənlər hakimiyyət iddiasındadırlar. Xüsusilə gənclər bunu bilməlidirlər, çirkin kampaniyaların iştirakçısı olmamalıdırlar”.

Ə.Əhmədov qeyd edib ki, kənardan heç kəsə əvəzsiz pul vermirlər: “Xaricdən ölkədə bəzi qüvvələrə pul verirlər ki, hansısa işlərini həyata keçirirlər. Onlar bəzi qüvvələrə ona görə pul verirlər ki, ölkədə qarşıdurma yaratsınlar, istədikləri şəxsi hakimiyyətə gətirsinlər, sonra da ölkədən istifadə etsinlər. Buna imkan vermək olmaz. Diqqətli olmaq lazımdır ki, Azərbaycan bir daha qanlı-qadalı günləri yaşamasınlar”.

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov çıxış edərək deyib ki, 1990-cı illərin əvvəllərində uzaqgörən rəhbərin olmaması ordunun pərakəndəliyinə gətirib çıxardı: “Yalnız Naxçıvanda ordu formalaşdı. İnsanlarımız çox cəsarətlidir, onlar heç vaxt torpaqlarını qoyub getmirdilər. Xocalıdakılar sona qədər mübarizə apardılar. Onlara kömək etmək olardı, bunun üçün ordu yaradılmalı idi. Xocalı faciəsi ilə insanların gözünü qorxutmağa çalışırdılar. Ermənilər dinc əhaliyə qarşı amansız davranıblar. Bu, onların xislətində idi, simalarını göstərirdilər”.

B.Sadıqov qeyd edib ki, hazırda Azərbaycan qüdrətlənib, torpaqlarını işğaldan azad etməyə hazırdır: “1990-cı illərin əvvəllərində hakimiyyətə gələnlər idarə edə bildilərmi? Onlar bunu özləri də etiraf ediblər. Bəzən hakimiyyət hərisliyi ilə başqalarından qrant alaraq ölkəmizin maraqlarına qarşı çıxanlar var. Bu, yolverilməzdir. Gənclər belə hadisələrdən nəticə çıxarmalıdır. Allah bizə kömək etsin, Xocalının qisasını alaq. İnanıram, qisas alacağıq. Qabaq-qabağa döyüşdə bizim əsgərlərimiz erməniyə məğlub olmayıb. Bəzi hallarda silah, kömək gəlməyib, məğlubiyyət buna görə olub”.

Tədbir çıxışlarla davam etdirilib.

Son xəbərlər

Orphus sistemi