YAP üzvü olan deputatlar parlamentin buraxılması ilə bağlı müraciəti imzalayıblar - VİDEO

YAP üzvü olan deputatlar parlamentin buraxılması ilə bağlı müraciəti imzalayıblar - VİDEO Bu gün də Yeni Azərbaycan Partiyası vətəndaş maraqlarını bütün maraqlardan üstün tutaraq qanunverici orqanın yenilənməsini zəruri hesab edir. YAP Prezident İlham Əliyevə müraciət edərək parlamentin buraxılmasını xahiş edib. Parlamentin buraxılması islahatların bu sahəyə də şamil edilməsini təmin edəcək.
Daxili siyasət
28 Noyabr , 2019 15:14
YAP üzvü olan deputatlar parlamentin buraxılması ilə bağlı müraciəti imzalayıblar - VİDEO
Əli Əhmədov / Report / Elchin Murad

"Bu gün də Yeni Azərbaycan Partiyası vətəndaş maraqlarını bütün maraqlardan üstün tutaraq qanunverici orqanın yenilənməsini zəruri hesab edir. YAP Prezident İlham Əliyevə müraciət edərək parlamentin buraxılmasını xahiş edib. Parlamentin buraxılması islahatların bu sahəyə də şamil edilməsini təmin edəcək".

"Report" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, parlamentə məktub ünvanlanacaq.

Ə.Əhmədov qeyd edib ki, müraciət imzalanıb və yaxın zamanlarda parlamentə göndəriləcək: "Yaxın zamanlarda plenar iclasın gündəliyinə salınacağına inanıram. Qəbul edilən qərara qeyri-adi qiymət verməyə ehtiyac yoxdur. Bu, islahatların genişlənməsinin bir növüdür. İnanıram ki, qərar parlamentdə yeni ənənənin formalaşmasına öz töhfəsini verəcək".

Son xəbərlər

Orphus sistemi