​YAP üzvlərinin sayı 700 minə çatıb

​YAP üzvlərinin sayı 700 minə çatıb Partiya rəhbərliyi 700 mininci üzvə vəsiqə təqdim edəcək
Daxili siyasət
6 May , 2016 10:35
​YAP üzvlərinin sayı 700 minə çatıb

Bakı. 6 may. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinin sayı 700 min nəfərə çatıb.

Bu barədə "Report"a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, partiya rəhbərliyi mayın 6-da 700 mininci üzvə üzvlük vəsiqəsi təqdim edəcək.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası 1992-ci ilin noyabrın 21-də yaradılıb.

Partiyanın ilk sədri Heydər Əliyev olub. YAP-ın hazırkı sədri Azərbaycan Prezidenti İlham Əliyevdir.

Son xəbərlər

Orphus sistemi