YAP icra katibinin müavini: "Səsvermə prosesində tam şəffaflıq və demokratik mühit gözlənilir"

YAP icra katibinin müavini: "Səsvermə prosesində tam şəffaflıq və demokratik mühit gözlənilir"
Daxili siyasət
129
23 Dekabr , 2019 11:27
YAP icra katibinin müavini: Səsvermə prosesində tam şəffaflıq və demokratik mühit gözlənilir

"Seçkilər normal şəraitdə keçir. Mənim səs verdiyim məntəqədə vətəndaşlar gəlib səs verirlər".

"Report" xəbər verir ki, bunu 23 saylı Nəsimi-Səbail seçki dairəsindəki 4 saylı məntəqədə bələdiyyə seçkilərində iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı deyib.

"Səsvermə prosesində tam şəffaflıq və demokratik mühit gözlənilir. Əminəm ki, seçkilər uğurla başa çatacaq, bu seçkilər Azərbaycanda bələdiyyələrin formalaşmasında rolunu oynayacaq və yeni seçilmiş bələdiyyələr qarşılarında duran vəzifələri uğurla yerinə yetirəcəklər", - M.Qurbanlı vurğulayıb.