YAP sədrinin müavini: “Azərbaycanda gender bərabərliyi ilə bağlı mühüm addımlar atılır”

YAP sədrinin müavini: “Azərbaycanda gender bərabərliyi ilə bağlı mühüm addımlar atılır” “Azərbaycanda hüquq və azadlıqların təmin edilməsi dövlət siyasətinin prioritetlərindəndir”.
Daxili siyasət
20 Oktyabr , 2021 11:15
YAP sədrinin müavini: “Azərbaycanda gender bərabərliyi ilə bağlı mühüm addımlar atılır”

“Azərbaycanda hüquq və azadlıqların təmin edilməsi dövlət siyasətinin prioritetlərindəndir”.

“Report”un xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın mərkəzi qərargahında keçirilən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zamanı deyib.

O xatırladıb ki, 15 il əvvəl Azərbaycanda gender bərabərliyi ilə bağlı qanun qəbul edilib: “Qanun gender bərabərliyi ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir. Ölkəmizdə gender bərabərliyi demokratik cəmiyyətin əsasları kimi dəyərləndirilir. Bununla bağlı ölkədə mühüm addımlar atılır. Bu gün cəmiyyətdə qadınlar bütün sahələrdə fəaliyyət göstərirlər”.

Son xəbərlər

Orphus sistemi