YAP sədrinin müavini: "Azərbaycan xalqı yenə düzgün seçim edib" - FOTO

YAP sədrinin müavini: "Azərbaycan xalqı yenə düzgün seçim edib" - FOTO Əli Əhmədov: "İlham Əliyevə səs verənlər Azərbaycandakı sabitliyə səs vermiş olurlar"
Daxili siyasət
11 Aprel , 2018 21:04
YAP sədrinin müavini: Azərbaycan xalqı yenə düzgün seçim edib - FOTO
Foto: "Report"

Bakı. 11 aprel. REPORT.AZ/ "Azərbaycanda keçirilən Prezident seçkilərində 4 milyonadək seçici, yəni seçicilərin 74 faizdən çoxu iştirak edib".

“Report”un məlumatına görə, bunu Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndəsi, hakim Partiyanın sədr müavini - icra katibi Əli Əhmədov keçirdiyi mətbuat konfransında deyib.

Ə.Əhmədov bildirib ki, "exit-poll"un nəticələrinə görə, İlham Əliyev 80 faiz səs toplayıb: "Bu da o deməkdir ki, İlham Əliyev qələbə qazanacaq".

O qeyd edib ki, Azərbaycan xalqı yenə düzgün seçib edib: "İlham Əliyevin Prezidentliyi dövründə ölkə ciddi inkişaf edib və qüdrəti artıb".

Ə.Əhmədov bildirib ki, İlham Əliyev ölkə üçün çox böyük xidmətlər göstərib: "İlham Əliyevə səs verənlər Azərbaycandakı sabitliyə səs vermiş olurlar. Növbəti 7 il Azərbaycanda yeni inkişafın mərhələsi olacaq. Azərbaycan iqtisadiyyatı gücləndiriləcək və şaxələnəcək. Daha geniş dövlət proqramları işlənib hazırlanacaq. Dünya birliyində Azərbaycanın mövqeyi daha da güclənəcək".

Son xəbərlər

Orphus sistemi