YAP sədrinin müavini Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib

YAP sədrinin müavini Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib Əli Əhmədov münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib
Daxili siyasət
30 Avqust , 2016 17:20
YAP sədrinin müavini Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib

Bakı. 30 avqust. REPORT.AZ/ Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katibi Əli Əhmədov bu gün Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mardı partiyanın mənzil qərargahında qəbul edib.

“Report”un hakim partiyaya istinadən verdiyi məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

YAP sədrinin müavini Əli Əhmədov Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.

Öz növbəsində, Malena Mard Avropa İttifaqının Azərbaycanla kənd təsərrüfatı, təhsil, energetika və digər sahələrdə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.

Görüşdə, həmçinin sentyabrın 26-da Azərbaycanın Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referenduma hazırlıqla əlaqədar həyata keçirilən tədbirlərdən bəhs edilib.

YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov görüşdə iştirak edib.

Son xəbərlər

Orphus sistemi