Yuxarı
    Bağlamaq

    ​YAP rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

    Hakim partiyanın nümayəndələri ulu öndərin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar

    Bakı. 7 may. REPORT.AZ/ Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi mayın 7-də Fəxri xiyabana gələrək ulu öndərin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

    "Report"un məlumatına görə, ziyarətdə baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, baş nazirin birinci müavini Yaqub Eyyubov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, parlament sədrinin müavini Bahar Muradova, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar, Bakı rayonlarının icra hakimiyyətlərinin başçıları, YAP-ın rayon təşkilatlarının sədrləri, ictimai-siyasi xadimlər iştirak ediblər.

    Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi