YAP rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

YAP rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasının 29-cu ildönümü ilə əlaqədar partiyanın nümayəndə heyəti noyabrın 19-da Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycanın memarı və qurucusu, YAP-ın yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliye
Daxili siyasət
19 Noyabr , 2021 10:33
YAP rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasının 29-cu ildönümü ilə əlaqədar partiyanın nümayəndə heyəti noyabrın 19-da Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycanın memarı və qurucusu, YAP-ın yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub.

"Report" xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra Şəhidlər xiyabanına gələn partiya üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını ifadə edib, məzarları üzərinə güllər düzüblər.

Son xəbərlər

Orphus sistemi