Yuxarı

YAP Quba rayon təşkilatına yeni sədr seçilib - FOTO

Təşkilatın sabiq sədri Ədalət Nəbiyev öz ərizəsi ilə işdən çıxıb

Bakı. 30 aprel. REPORT.AZ/ Bu gün YAP Quba rayon təşkilatının 10-cu konfransı keçirilib. "Report" xəbər verir ki, tədbirdə ötən konfransdan keçən müddət ərzində görülən işlər müzakirə olunub və eyni zamanda təşkilati məsələlərə baxılıb.

Qeyd olunub ki, YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev Ağcabədiyə Zona Maliyyə Təftiş İdarəsinə rəis təyin edildiyi üçün Partiya təşkilatının sədrliyindən azad olunmasını xahiş edib. Konfransda YAP rayon təşkilatının idarə heyətinin üzvləri seçilib və səsvermə zamanı Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov yetkinliklə təşkilatın sədri seçilib.

Qeyd edək ki, Ədalət Nəbiyev 5 ildən çox YAP Quba rayon təşkilatının sədri işləyib.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi