YAP parlament seçkilərinə hazırlıq tarixini açıqlayıb

YAP parlament seçkilərinə hazırlıq tarixini açıqlayıb Siyavuş Novruzov: "Əvvəlcə parlament seçkiləri ilə bağlı partiyanın proqramı hazırlanacaq"
Daxili siyasət
3 Dekabr , 2014 16:28
YAP parlament seçkilərinə hazırlıq tarixini açıqlayıb

Bakı. 3 dekabr. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2015-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlıq tarixini açıqlayıb.

Partiyanın icra katibinin müavini Siyavuş Novruzov "Report"a açıqlamasında deyib ki, YAP parlament seçkilərinə hazırlığa gələn ilin fevral ayından başlayacaq: "Bələdiyyə seçkilərinin yekun hesabatı hazırlandıqdan sonra parlament seçkilərinə start veriləcək. Belə ki, əvvəlcə parlament seçkiləri ilə bağlı partiyanın proqramı hazırlanacaq. Bu proqram da YAP-ın İdarə Heyətində təsdiq olunduqdan sonra seçki hazırlığına başlayacağıq".

Qeyd edək ki, Azərbaycan Milli Məclisinə seçkilər 2015-ci ildə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi