Bakı. 15 sentyabr. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyası (YAP)
"Report"un məlumatına görə, hakim partiya O.Əsədovun namizədliyini 45 saylı Abşeron Seçki Dairəsindən irəli sürüb. Hazırda 45 saylı Abşeron Seçki Dairəsini Milli Məclisdə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin rəhbəri Arif Alışanov təmsil edir.
O.Əsədov 2010-cu ildə keçirilən parlament seçkilərində 8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputat seçilib.
YAP 8 saylı Binəqədi birinci Seçki Dairəsindən Aysel İsmayıl qızı Əlizadəni namizəd göstərib.
Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.