Yeni Azərbaycan Partiyası (YAP) koronavirus infeksiyasının yayılmasının qarşısının alınması sahəsində Azərbaycan Respublikasının Prezidentinin tapşırığı əsasında Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir.
YAP-dan "Report"a verilən məlumata görə, partiyanın bütün strukturları bu ümumxalq mübarizəsində iştiraka cəlb edilib, onlara müvafiq göstərişlər verilib.
Bildirilib ki, Yeni Azərbaycan Partiyası eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab
Müasir dünyanın başı üzərini almış böyük və ciddi təhlükənin Azərbaycana təsirinin azaldılması dövlətin bu sahədə apardığı səmərəli profilaktik tədbirlərə hamının dəstək olmasından birbaşa asılıdır. İnanırıq ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvü partiyanın Sədri, Prezident İlham Əliyevin koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınmasında hər kəsin şəxsi iştirakının təmin edilməsi barədə çağırışına əməl edəcək, xalqımızın və ölkəmizin bu qorxulu bəladan xilas olmasına öz şəxsi töhfəsini verəcək.