YAP-ın Veteranlar Şurasına yeni üzvlər qəbul olunub

YAP-ın Veteranlar Şurasına yeni üzvlər qəbul olunub Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının tərkibinə kooptasiya yolu ilə (seçkili orqanın öz heyətinə seçkisiz olaraq yeni üzv daxil etməsi) yeni üzvlər daxil edilib.
Daxili siyasət
275
10 Sentyabr , 2021 15:35
YAP-ın Veteranlar Şurasına yeni üzvlər qəbul olunub

Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının tərkibinə kooptasiya yolu ilə (seçkili orqanın öz heyətinə seçkisiz olaraq yeni üzv daxil etməsi) yeni üzvlər daxil edilib.

"Report"un xəbərinə görə, bu barədə qərar partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında verilib.

İclasda həmçinin Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatının və yerli təşkilatlarının əsasnamələri təsdiq edilib.

Bununla yanaşı, iclasda YAP üzvlərinin qeydiyyatı və hesabatlılıq sisteminin yaradılması üçün maliyyə vəsaitinin ayrılmasına razılıq verilib.

Son xəbərlər

Orphus sistemi