YAP-ın təşəbbüsü ilə “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyasına start verildi

YAP-ın təşəbbüsü ilə “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyasına start verildi Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə Sağlamlığımız milli həmrəyliyimizdədir adlı aksiyaya start verilib.
Daxili siyasət
20 Mart , 2020 15:21
YAP-ın təşəbbüsü ilə “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyasına start verildi

Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyaya start verilib.

YAP-dan "Report"a verilən məlumata görə, aksiyaya partiyanın rayon və şəhər təşkilatları, fəal üzvləri qoşulublar. 

Məqsəd əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir.

Son xəbərlər

Orphus sistemi