Yuxarı
    Bağlamaq

    YAP-ın şəhər təşkilatlarından birinin sədri dəyişib

    Hakim partiyanın Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev YAP-ın mərkəzi aparatında sektor müdiri vəzifəsinə təyin edilib© Report

    Bakı. 21 iyun. REPORT.AZ/ Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının VIII hesabat-seçki konfransı keçirilib.

    "Report" xəbər verir ki, konfransda ötən müddət ərzində görülən işlər müzakirə olunub, təşkilati məsələlərə baxılıb, YAP Sumqayıt şəhər təşkilatına yeni sədr seçilib.

    Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi anılıb.

    Heydər Əliyev Mərkəzində keçirilən konfransın reqlamenti və katibliyi seçiləndən sonra YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, YAP-ın yaranması Azərbaycanın inkişafına, tərəqqisinə gətirib çıxarıb. Dahi şəxsiyyət Heydər Əliyevin ideyaları əsasında formalaşan, böyük inkişaf yolu keçən YAP bu gün Prezident İlham Əliyevin sədrliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub və fəaliyyətini uğurla davam etdirir. Diqqətə çatdırılıb ki, 1993-cü ildə fəaliyyətə başlayan YAP Sumqayıt şəhər təşkilatı hazırda 25 min 545 üzvü ətrafında birləşdirir. Bunların 13 min 666 nəfəri qadınlar, 12 min 339 nəfəri isə gənclərdir. Ötən hesabat-seçki yığıncağından bu günədək partiya sıralarına 6 min 832 nəfər qəbul olunub.

    Sonra Nəzarət-Təftiş Qrupunun sədri Nigar Cəfərovanın hesabatı dinlənilib.

    Məruzə ətrafında çıxış edən YAP şəhər təşkilatının üzvləri vurğulayıblar ki, YAP böyük çətinliklərə sinə gərərək, tutduğu mövqeyi ilə xalqın partiyası imicini qazanıb.

    YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsin sədri Eldar İbrahimov YAP-ın yaranma zərurətindən və tarixindən ətraflı danışıb. O, ümummilli lider Heydər Əliyevin rəhbərliyi, uzaqgörənliyi və qətiyyəti nəticəsində qurulan və Azərbaycanın ictimai-siyasi həyatına inamla daxil olan YAP-nı ölkənin tarixində yeni dövrün başlanğıcı kimi dəyərləndirib.

    Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, YAP şəhər təşkilatının üzvləri ulu öndər Heydər Əliyevin ideyalarının davamçılarıdır. Qeyd edilib ki, tarixi zərurətdən yaranan partiya ötən illər ərzində xalqa xidmət missiyasını şərəflə yerinə yetirib.

    Sonra təşkilati məsələlərə baxılıb. YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev YAP-ın mərkəzi aparatında sektor müdiri vəzifəsinə təyin edildiyi üçün partiya təşkilatının sədrliyindən azad olunmasını xahiş edib.

    Konfransda təşkilatın sədri vəzifəsinə Sumqayıt Dövlət Universitetinin prorektoru Ramiz Hüseynov, həmçinin təşkilat sədrinin müavinləri, Şura və İdarə Heyətinin üzvləri, Nəzarət-Təftiş Qrupu seçilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi