YAP-ın sədr müavini: "Partiyamızın namizədləri yüksək nəticələr əldə ediblər"

YAP-ın sədr müavini: "Partiyamızın namizədləri yüksək nəticələr əldə ediblər" Bələdiyyə seçkilərinin ilkin nəticələri elan olunub. Lakin dairə və məntəqələrdən verilən məlumata görə, hakim partiyanın namizədləri yüksək nəticələr əldə edə biliblər.
Daxili siyasət
24 Dekabr , 2019 12:10
YAP-ın sədr müavini: Partiyamızın namizədləri yüksək nəticələr əldə ediblər

"Bələdiyyə seçkilərinin ilkin nəticələri elan olunub. Lakin dairə və məntəqələrdən verilən məlumata görə, hakim partiyanın namizədləri yüksək nəticələr əldə edə biliblər".

"Report" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov "Təhsilin inkişaf strategiyası nailiyyətlər və əsas hədəflər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, sosial layihələrin həyata keçirilməsi ilə bağlı tədbirlər vətəndaşların qəti inamına səbəb olur: "Bütün bunlar da YAP namizədlərinə olan inamı artırır. Onlar ölkənin inkişafına öz töhfələrini verə biləcəklər. Qələbə münasibətilə onların hər birini təbrik etmək istəyirəm". 

Son xəbərlər

Orphus sistemi