YAP-ın sədr müavini: “ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkilərlə bağlı rəyi təssüf doğurur”

YAP-ın sədr müavini: “ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkilərlə bağlı rəyi təssüf doğurur” Bakı. 16 aprel. REPORT.AZ/ “Aprel ayının 11-də Azərbaycanda demokratik dəyərlərə və normalara əsaslanan Prezident seçkiləri keçirilib. Bütün insanlar seçkilərin yüksək fəallıq şəraitində keçirildiyinin şahidi olub.
Daxili siyasət
16 Aprel , 2018 12:01
YAP-ın sədr müavini: “ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkilərlə bağlı rəyi təssüf doğurur”
Baş naziri­n müavini Əli­ Əhmə­dov / Report/ Firi Salim

Bakı. 16 aprel. REPORT.AZ/ “Aprel ayının 11-də Azərbaycanda demokratik dəyərlərə və normalara əsaslanan Prezident seçkiləri keçirilib. Bütün insanlar seçkilərin yüksək fəallıq şəraitində keçirildiyinin şahidi olub."

“Report”un xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - İcra katibi Əli Əhmədov deyib.

Prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ilkin rəyinə münasibət bildirən Ə.Əhmədov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi onun əvvəlki illərdə fəaliyyətinə xalqın yüksək qiymət verməsinin nəticəsi hesab olunmalıdır: “Digər tərəfdən, Yeni Azərbaycan Partiyası İlham Əliyevin seçki kampaniyasını yüksək səviyyədə təşkil etmiş, yüzlərlə mitinq və görüş keçirərək, onun seçki proqramını seçicilərin diqqətinə çatdırmışdır. İlham Əliyevin səlahiyyətli nümayəndəsi və Yeni Azərbaycan Partiyasının İcra katibi kimi təsdiq edə bilərəm ki, həm həyata keçirdiyimiz seçki kampaniyası, həm də bütünlükdə seçki prosesi demokratik normalara uyğun, ədalətli və tam şəffaf olub. Seçkilərdən sonra ölkədəki sakit ab-hava, bütün digər namizədlərin seçilən namizədi təbrik etməsi və seçkiləri müşahidə edən 900 nəfərə yaxın müşahidəçilərin böyük əksəriyyətinin səsvermənin nəticələrini yüksək qiymətləndirməsi dediklərimin əyani sübutudur. ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda prezident seçkilərinə qara yaxır. Bunların fonunda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun kəskin fərqlənən rəyi təəccüb və təssüf doğurur, necə deyərlər, “ala qarğa” kimi görünür. Belə çıxır ki, ATƏT DTİHB ikili standartlardan xilas ola bilmir, hamının, o cümlədən beynəlxalq müşahidəçilərin əksəriyyətinin yüksək qiymətləndirdiyi prezident seçkilərinə qara yaxır”.

Son xəbərlər

Orphus sistemi