YAP-ın Qəbələ rayon təşkilatının inzibati binasının açılışı olub

YAP-ın Qəbələ rayon təşkilatının inzibati binasının açılışı olub Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib
Daxili siyasət
10 Avqust , 2016 16:36
YAP-ın Qəbələ rayon təşkilatının inzibati binasının açılışı olub

Bakı. 10 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

“Report”un xəbərinə görə, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, binanın inşasına 2014-cü ilin oktyabrında başlanılıb. Tikinti işləri yüksək səviyyədə başa çatdırılıb.

İkimərtəbəli binada ümummilli lider Heydər Əliyevin büstü qoyulub, Ulu Öndərin və partiyanın sədri, Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotoguşələr yaradılıb.

Müxtəlif iş, xidməti və yardımçı otaqlardan ibarət binada rayon təşkilatının Qadınlar Şurası və Gənclər Birliyi də fəaliyyət göstərir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün 60 yerlik konfrans zalı da yaradılıb.

Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının 6145 üzvü var. Onların 2525-i qadın, 2343-ü gəncdir.

Son xəbərlər

Orphus sistemi