Bakı. 20 avqust. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) noyabrda keçiriləcək parlament seçkilərini izləyəcək müşahidəçilərinin sayı açıqlanıb.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov "Report"a bildirib ki, hakim partiyanın bütün dairə və məntəqələrdə müşahidəçiləri olacaq. Onun sözlərinə görə, parlament seçkilərində YAP-ın 5 500-ə yaxın müşahidəçisi iştirak edəcək.
S.Novruzov deyib ki, YAP parlamentə keçirilən bütün seçkilərdə partiya olaraq iştirak edib: "Qarşıdan gələn seçkidə də bütün dairələrdən namizəd irəli sürəcəyik. Ona görə də hər bir dairə və məntəqəyə müşahidəçi göndərəcəyik. Ümumilikdə, YAP-ın 5 500-ə qədər rəsmi müşahidəçisi olacaq və partiyanın adından seçkini izləyəcəklər".
Müşahidəçilərin siyahısının hazır olduğunu vurgulayan S.Novruzovun sözlərinə görə, hazırda onlara treninqlər keçirilir, seçkidə müşahidəni necə aparmaları izah olunur.
YAP icra katibinin müavini qeyd edib ki, qanunvericilik