YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI - EKSKLÜZİV

YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI - EKSKLÜZİV Məsələ gələn həftə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq
Daxili siyasət
934
22 Aprel , 2021 19:05
YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI - EKSKLÜZİV
0 : 00
0 : 00

Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri müəyyənləşib.

“Report” mötəbər mənbədən əldə etdiyi siyahını təqdim edir:

Məzahir Pənahov

Rövzət Qasımov

Hüseyn Paşayev

Şaitdin Əliyev

Ramiz İbrahimov

Xatırladaq ki, sabah YAP-ın İdarə Heyətinin iclasında partiyanın MSK üzvlüyünə namizədlərin təqdim edilməsi məsələsinə baxılacaq.

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

Məsələ gələn həftə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi