Yuxarı
    Bağlamaq

    ​YAP illik maliyyə hesabatını MSK-ya təqdim edib

    Partiyanın 2014-cü ilə dair illik maliyyə hesabatı YAP-ın İdarə Heyətinin 29 yanvar 2015-ci il tarixli iclasının qərarı ilə təsdiqlənib

    Bakı. 18 mart. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyası 31 dekabr 2014-cü il tarixinə olan illik maliyyə hesabatını Nazirlər Kabinetinin 16 noyabr 2012-ci il tarixli 263 saylı qərarı ilə təsdiq edilmiş “Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası”na uyğun olaraq Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bu barədə “Report”a YAP-ın mətbuat xidmətindən bildirilib.

    Qeyd edək ki, partiyanın 2014-cü ilə dair illik maliyyə hesabatı Yeni Azərbaycan Partiyası İdarə Heyətinin 29 yanvar 2015-ci il tarixli iclasının qərarı ilə təsdiq edilib.

    “Yeni Azərbaycan Partiyasının illik maliyyə hesabatları hər il İdarə Heyətində təsdiq edildikdən sonra gəlir və xərclər, eyni zamanda bu xərclərin təyinatı barədə həm bütün partiya üzvlərinə, həm də geniş ictimaiyyətə ətraflı məlumat verilir”, - YAP-ın açıqlamasında bildirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi