Yuxarı
    Bağlamaq

    YAP illik maliyyə hesabatını açıqlayıb: partiyanın gəliri 8 milyon manata yaxın olub

    Bunun 6 596 979 manatı üzvlük haqlarından toplanıb

    Hesabat ilinin sonuna partiyanın cari hesablarında və ehtiyat hesabında 8 939 197 manat qalıb 

    Bakı. 2 fevral. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında partiyanın ötən ilə dair gəlirləri və xərcləri barədə hesabat dinlənilib.

    Partiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 2016-cı ildə YAP-ın gəlirləri 7 736 859 manat olub.

    Bunun 6 596 979 manatını üzvlük haqları, 1 139 880 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil etmişdir.

    YAP-ın hesabına daxil olan maliyyə vəsaitinin 4 000 736 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 514 959 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına və referendum ilə əlaqədar partiya hesabından referendum fonduna köçürmələrə, 162 573 manatı ezamiyyə xərclərinə, 140 623 manatı invertarların alınmasına, 1 919 722 manatı tikinti və təmir işlərinə, 357 980 manatı kommunal və təsərrüfat xərclərinə, 210 755 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 59 425 manatı bank xidmətinə, 40 581 manatı dəftərxana xərclərinə, 41 645 manatı çap işlərinə, 133 109 manatı isə sair xərclərə sərf edilmişdir.

    Beləliklə, Yeni Azərbaycan Partiyasının cəmi xərcləri 7 582 108 manat təşkil edib. Hesabat ilinin sonuna partiyanın cari hesablarında və ehtiyat hesabında 8 939 197 manat qalıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi