YAP icra katibliyinin müşaviri: “Astan Şahverdiyevin dediklərini doğru hesab etmirəm”

YAP icra katibliyinin müşaviri: “Astan Şahverdiyevin dediklərini doğru hesab etmirəm” “Azərbaycanı tanıdan, diasporunu yaradan insanlar haqqında təhqiramiz fikirlər səsləndirmək olmaz”
Daxili siyasət
26 Dekabr , 2016 17:51
YAP icra katibliyinin müşaviri: “Astan Şahverdiyevin dediklərini doğru hesab etmirəm”

Bakı. 26 dekabr. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) Astan Şahverdiyevin qalmaqala səbəb olan fikirlərinə münasibət bildirib.

Partiya icra katibliyinin müşaviri, İdarə Heyətinin üzvü Kərim Kərimov "Report"a açıqlamasında deyib ki, Rusiyaya pul qazanmağa gedənlərlə, Azərbaycana kömək edənlərlə bağlı aşağılayıcı sözlər işlətmək düzgün deyil: "Astan Şahverdiyev Yeni Azərbaycan Partiyasının üzvüdür, dediklərini doğru hesab etmirəm. Onun fikirlərinə ümumi yanaşma necədirsə, mənim də yanaşmam elədir... Azərbaycan tanıdan, diasporunu yaradan insanlar haqqında təhqiramiz fikirlər səsləndirmək olmaz".

Qeyd edək ki, A.Şahverdiyev iki gün öncə "Azadlıq radiosu"na verdiyi müsahibə qalmaqala səbəb olub. Deputat müsahibəsində Biləsuvarda məskunlaşan Cəbrayıl rayonundan olan bəzi etirazçı məcburi köçkünləri "nəşəli", "içkili" adlandırıb. O, Rusiyaya işlə bağlı gedənlər barədə də "otxod" ifadəsini işlədib.

Son xəbərlər

Orphus sistemi